Ermənistanın Ararat vilayətinin Azataşen kəndindəki seçki məntəqələrindən birində atəş səsləri eşidilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Hadisə ilə bağlı yerli vaxtla 08:30 radələrində polisə müraciət daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları “Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının nümayəndələri arasında dava düşdüyünü müəyyən edib. İnsident iştirakçılarından biri silahı ilə bir neçə dəfə atəş açıb.
Faktla bağlı araşdırma başladılıb. Oxu.az
