Ermənistanda rusdilli məktəblərin sayı ARTIRILIR – SƏBƏBbackend

Ermənistanda rusdilli məktəblərin sayı ARTIRILIR - SƏBƏB

Ermənistanda rusdilli biznes mühitinin aktivləşməsi fonunda ölkəyə rusdilli vətəndaşların axını güclənib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, məhz bu səbəbdən Ermənistanda rusdilli məktəblərin sayının artırılması ilə bağlı təkliflər səsləndirilir.

Qeyd edilir ki, Ermənistanda müvafiq təhsil və biznes mühitini təmin etmək üçün erməni məktəblərində rus dilində təhsil verən siniflərin sayının artırılması məqsədəuyğundur. Bu siniflər əsasən Rusiya Federasiyası, eləcə də digər xarici vətəndaşlar üçün nəzərdə tutulub.

Ermənistan hökuməti artıq dövlət məktəblərində rus dilinin tədrisinin keyfiyyətini yaxşılaşdırmaq üçün çalışır. Bununla əlaqədar, Rusiya tərəfi ilə əməkdaşlıq çərçivəsində Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi rus dilində dərsliklərin məzmununun erməni standartlarına uyğun hazırlanması, inkişaf etdirilməsi üçün lazımi yardım alacağını gözləyir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*