Ermənistanda Rusiya sərhəd qoşunlarının yük maşını dərəyə aşıb, bir nəfər ölüb.
KONKRET.az Şamşyan kriminal xəbər saytına istinadla xəbər verir ki, bu gün saat 11:40 radələrində Ermənistanın Ararat rayonunda, Yerevan-Yerasx-Meğri avtomobil yolunun 80-ci km-də, Tiqranaşen kəndi yaxınlığındakı döngədə yol qəzası baş verib. Qəza nəticəsində yük maşını yolun hərəkət hissəsindən çıxıb və təxminən 150 metr yuvarlanaraq dərəyə düşüb.. Bir nəfər yerindəcə ölüb, digəri xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, ölən və yaralananlar Rusiya sərhəd qoşunlarının hərbçiləridir və hazırda hadisə yerinə Rusiya sərhəd qoşunlarının əməliyyat-istintaq qruplarının gəlməsi gözlənilir. Polis həlak olan və yaralananın kimliyini araşdırır.
Xuraman Etibarlı
KONKRET.az
