Ermənistanda “Şirak” hava limanında və Gümrü dəmir yolu vağzalında BOMBA HƏYƏCANIbackend

Ermənistanda “Şirak” hava limanında və Gümrü dəmir yolu vağzalında BOMBA HƏYƏCANI

Ermənistanda “Şirak” hava limanına və Gümrü dəmir yolu vağzalına bomba qoyulması xəbəri yayılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat verib. FHN-ə Şirak hava limanında və Gümrü dəmir yolu vağzalında bomba olması barədə məlumat daxil olub.

FHN-in mətbuat katibi Hayk Kostanyan mətbuata bildirib ki, sərnişinlər və işçilər hava limanından və dəmiryol vağzalından təxliyə edilib, minaaxtaranlar və kinoloqlar işləyir.

Qeyd olunur ki, bu gün və sabah Şirak hava limanında uçuş və eniş ləğv olunub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*