Ermənistanda tələb gücləndi: Sərhədi açın, gedək!backend

Ermənistanda tələb gücləndi: Sərhədi açın, gedək!

Ermənistanda yenidən bir qrup şəxs sərhədlərin açılması və ölkədən getmələrinə şərait yaradılması üçün aksiya keçirib.

KONKRET.az xəbər verir ki, Vətəndaş Müqaviləsi Partiyasının önündə baş tutan aksiyada xüsusilə Rusiyaya gedişin açılması tələb edilib.

Aksiya iştirakçılarının təmsilçiləri hakim Mənim Addımın fraksiyasının deputatları ilə görüşməyə nail olublar.

Deputatlar isə görüşdə medianın iştirakına imkan verməyiblər.

Qeyd edək ki, Ermənistanda acınacaqlı iqtisadi vəziyyət, koronavirus pandemiyasına görə olan-qalan iş yerlərinin bağlanması səbəbindən insanlar ölkədən getməyə çalışırlar. Lakin pandemiya səbəbindən sərhədlər bağlı olduğundan, onlar ölkədə aclığa məhkum olunduğunu bildirirlər.

Bugünkü aksiyanın əsas səbəbi isə Ermənistanda fövqəladə rejimin 2021-ci il 11 yanvarına qədər uzadılmasıdır. Daha 4 ay Ermənistanda qalmağa məcbur olacaqlarını bilən işsiz insanlar dərhal aksiyaya çıxıb.axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*