Ermənistanda telefon terrorçusu HƏBS EDİLDİbackend

Ermənistanda telefon terrorçusu HƏBS EDİLDİ

Gümrüdə telefon terrorçusunun kimliyi müəyyən edilib.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu gün Ermənistan Baş Prokurorluğu polisə yalan məlumat verən telefon terrorçusunun həbs edildiyini bildirib.

Məlumata görə, erməni hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə gün ərzində inzibati binaların dağıdılması ilə bağlı hədə-qorxu ilə polisə məlumat verən telefon terrorçusunun şəxsiyyətini müəyyənləşdirə biliblər. Hadisəni törədənin Gümrü sakini olduğu üzə çıxıb.

İstintaq müəyyən edib ki, “telefon terroru”nda şübhəli bilinən şəxs avqustun 15-i bazar ertəsi axşam saatlarında üç dəfə əməliyyat idarəetmə mərkəzinə zəng edərək Ermənistan parlamentini və Gümrüdə vergi xidməti departamentini partlatmağı vəd edib.

Çərşənbə axşamı, avqustun 16-da o, təkcə polisə deyil, həm də xilasedicilərə zəng edərək Gümrüdə eyni vergi xidmətinin binası ilə birlikdə özünü partladacağını vəd edib.

O, həmin gün saxlanılıb, bir gün isə müstəntiqin tələbi ilə həbs edilib.

Binaların diqqətlə yoxlanılması şübhəlinin binalara heç bir bomba qoymadığını göstərib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*