Ermənistanda yüksək rütbəli zabitlər həbs edildibackend

Ermənistanda yüksək rütbəli zabitlər həbs edildi

“Ermənistan Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri həbs edilib”.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsi məlumat yayıb.

“Silahlı Qüvvələrin və Müdafiə Nazirliyinin arxa cəbhəsinin bir qrup yüksək rütbəli zabiti hərbi hissənin balansında olan ümumi dəyəri 6 milyon 726 min dram olan 6 ədəd hərbi çadırı müharibə zamanı dağıdılmış hesabdan çıxararaq həmin çadırları vətəndaşlara satıblar”, – məlumatda bildirilir.

MN-nin məlumatında deyilir:

“Kimə müharibə, kimə ana əzizdir.

Hesab edirik ki, həmin məmurlar təqdim olunan “vəzifə səlahiyyətlərindən və ya vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “xüsusən külli miqdarda törədilmiş oğurluq”, “qabaqcadan razılıq əldə etmə” maddələrinə görə yox, vətənə xəyanət maddəsi ilə mühakimə edilməlidirlər”.

Dəymiş ziyanın dəyəri 13 660 dollar qiymətləndirilir.

Xuraman Etibarlı, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*