Ermənistanı gözləmədən Zəngəzur dəhlizini bərpa etməyə başladıq – ŞƏRHbackend

Ermənistanı gözləmədən Zəngəzur dəhlizini bərpa etməyə başladıq - ŞƏRH

“Prezident İlham Əliyevin Zəngilan və Cəbrayıla səfəri zamanı Horadiz qəsəbəsində təməl daşını qoydu. Horadiz-Ağbənd dəmir yolu Zəngəzur dəhlizi adlanan yol infrastrukturunun mühüm tərkib hissəsidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Zəngəzur dəhlizininin Ermənistan tərəfinə düşən hissəsinin bərpasını Rusiya həyata keçirəcək:

“Vaxtilə məhz bu istiqamətdə dəmiryolu xətti fəaliyyət göstərirdi və bu dəmiryolu xətti Zəngəzur bölgəsini aşaraq Naxçıvana daxil olurdu. Zəngəzur dəhlizi ilə Horadiz-Ağbənd dəmir yolunun ümumi uzunluğu təsxminən 150 km-dən çoxdur. Onun təxminən 110 km-ə yaxın bir hissəsi məhz Horadiz-Ağbənd hissəsinin payına düşür, təxminən 44 km uzunluğunda yol Zəngəzur dəhlizi çərçivəsində Ermənistan ərazisindən keçir. Ona görə də bu yolun ümumi bərpasının 60%-dən çox hissəsi Azərbaycanın payına düşür. Buna görə də, bu yolun tikilməsi bizim üçün vacibdir. Horadiz-Ağbənd yolu Azərbaycan-Ermənistan sərhəddində qurtarır. Sonra Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə birləşəcək.

Biz indi gözləmirik ki, Ermənistan tərəfi nə vaxt o yolu bərpa etmək işlərinə başlayacaq. Gözləmədən bu işlərimizi görürük. Düşünürəm bu yol tamamilə hazır olandan sonra artıq Zəngəzur dəhlizinin reallaşması qaçılmaz olur. Çünki oradakı işləri düşünürəm ki, Rusiya tərəfi aparacaq. Bu işləri Ermənistanın dəmiryollarını 30 illik öhdəsinə götürən Rusiyanın dəmir yolu idarəsi görəcək. Nəticədə bu yollar birləşərək Zəngəzur dəhlizinin tam sürətlə istifadəyə verilməsinə imkan yaradacaq”.

Milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*