Ermənistanın 10 gün möhlət istəməsi anlaşmanı təhlükəyə ata bilərmi?backend

Ermənistanın 10 gün möhlət istəməsi anlaşmanı təhlükəyə ata bilərmi?

Bu da daha bir erməni hiyləsi. Ermənistan Kəlbəcəri boşaltmaq üçün Azərbaycan tərəfdən 10 gün möhlət istədi. Bəhanələri də bu oldu ki, çətin relyef və kəskin hava şəraiti Kəlbəcərin 15-dək boşaldılmasına imkan vermir. Olsun. Necə deyərlər, 100-ə dözən 101-ə də dözər. 27 il 6 ay gözləmişik, 10 gün də gözləyərik. Təki erməni vandalları müqəddəs torpaqlarımızdan cəhənnəm olub getsinlər.

Amma Ermənistanın möhlət istəməsinin səbəbi göründüyü  qədər də sadə deyil. Bu xahişin dalında digər ehtimallar, hiyləgərliklər var. Bəs bunlar hansılardır?

Birincisi, Ermənistan hər vəchlə torpaqların təslimini ləngitmək, ABŞ və Qərbin köməkliyi ilə əvvəlki status-kvonu bərpa etmək istəyir.

İkincisi, Ermənistan Kəlbəcər ərazisində törətdikləri cinayətləri beynəlxalq aləmdən gizlətməyə çalışır. Bu cinayət kütləvi insan qırğını da ola bilər, Azərbaycanın təbii sərvətlərinin qəddarcasına istismarı da.

Ücüncüsü, Ermənistan Kəlbəcərdəki erməniləri müxtəlif yollarla və saxta sənədlərlə Qarabağ ərazisinə daşımaq istəyir. Çünki Kəlbəcərdən və digər ərazilərdən Ermənistana üz tutan ermənilərin yerləşdirilməsi və onların sosial problemlərinin həlli rəsmi İrəvanın imkanları xaricindədir.

Dördüncü ehtimal isə ermənilərin Kəlbəcərdə daşı-daş üstə qoymamaq istəyi ola bilər. Artıq bütün dünya görür ki, ermənilər neçə gündür Kəlbəcəri başdan-başa alova bürüyüb.

Yoxsa 5-6 min erməninin yaxın ərazidən köçürülməsi o qədər də çətin bir iş deyil. Nəzərə alaq ki, Kəlbəcər birbaşa Ermənistanla həmsərhəddir. Ermənistan hökuməti istəsəydi, vətəndaşlarının təhlükəsizliyi baxımından son 5 gündə Kəlbəcərə kifayət qədər texnika və avtomobil göndərərdi. Əksinə, İrəvan Kəlbəcərin boşaldılmasını burda qeyri-qanuni məskunlaşmış ermənilərin ümidinə buraxdı. Bununla paralel, Ermənistan əsas diqqətini qaçqınların Qarabağa qaytarılmasına yönəldib. Rusiya sülhməramlılarının verdiyi məlumata görə, noyabrın 14-də 9, bu gün səhər saatlarında isə 19 avtobus erməni Qarabağa qaytarılıb. Bu da onu göstərir ki, İrəvanın Qarabağ ermənilərinin problemləri ilə faktiki olaraq məşğul olmağa nə imkanı var, nə də həvəsi. İstədikləri isə odur ki, Qarabağda yenidən müharibə alovlansın və üçüncü dövlət və ya dövlətlər münaqişəyə cəlb edilsin. Bununla da münaqişənin ömrü uzansın, Emənistanın hərbi kaputilyasiyası unudulsun.

Amma bu, o qədər də asan deyil.  Çünki bu versiya ilk növbədə Rusiyanın maraqlarıyla ziddiyyət təşkil edir. 28 il sonra Rusiya ordusu xahiş-minnət Azərbaycana qayıdıb. Müharibənin yenidən alovlanması sülhməramlıların Qarabağdan çıxması və Qərbin oyuna qarışması deməkdir. Moskva isə bütün hallarda buna yol verməyəcək. Digər tərəfdən müharibə yenidən başlayarsa, onda bu, Müzəffər Azərbaycan Ordusunun qəti qələbəsi ilə yekunlaşacaq.  Çünki bütün strateji yüksəkliklər və məntəqələr Azərbaycan Ordusunun nəzarətindədir. Hələ Ermənistan ordusunun döyüşmək həvəsində və imkanında olmadığını demirəm. Ona görə də hadisələri qabaqlamağa çalışmayaq. Ən azı noyabrın 20-ni gözləyək. Axı həmin gün Ağdam boşaldılaraq Azərbaycana təhvil verilməlidir.

Surxay Atakişiyev,

KONKRET.az

  • gunel
    Noyabr 15, 2020 - 18:29

    Qəti sert qoyulmalıdır ki Ağdamin boşaldılması da bu bəhanələrlə uzadılmasına Gozleyek gorek Mən Prezidentinə arxalaniram ve inaniram

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*