“Ermənistanın 2023-cü il büdcə layihəsində “Arsax” “Qarabağ” oldu” – “Past”backend

"Ermənistanın 2023-cü il büdcə layihəsində “Arsax” “Qarabağoldu" - "Past"

“Ermənistan Respublikasının 2023-cü il büdcə layihəsində “Arsax” “Qarabağ” oldu”.

KONKRET.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.

“İndiki hakimiyyət öz addımları ilə hər gün sübut edir ki, onlar həqiqətən də Qarabağdan əllərini çəkiblər. Xüsusilə, cümə axşamı Ermənistan hökuməti “Ermənistan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” yekunlaşmış qanun layihəsini təsdiqləyib.

Bir sıra dəyişikliklər edilib, lakin onlardan biri çox yaxşıdır. Belə ki, hökumətin sentyabrın 29-da keçirilən iclasında təsdiq edilmiş büdcə layihəsinin 7-ci maddəsində Qarabağa kreditin verilməsinə istinad edilir və “Arsax Respublikası” ifadəsi işlədilir.

Lakin artıq dekabrın 1-də yenidən işlənmiş redaksiyada həmin maddədə qeyd olunur:

“Bu Qanunla nəzərdə tutulmuş büdcə krediti “Dağlıq Qarabağ”a verilir… Yəni qəbul edilmiş redaksiyadan iki ay sonra “Ermənistan Respublikasının dövlət büdcəsi haqqında” qanun layihəsində “Arsax” “Qarabağ”a çevrildi. Əslində, hökumət üçün Qarabağ “dövlət” deyil, sadəcə ərazidir”, – deyə qəzet yazır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*