Ermənistan bu tarixdə KTMT-də səsvermə hüququndan məhrum ediləcək?backend

Ermənistan bu tarixdə KTMT-də səsvermə hüququndan məhrum ediləcək?

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsi noyabrın 11-də Moskvada keçiriləcək təşkilat sammitində müzakirəyə çıxarıla bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması ilə bağlı qərar KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının səlahiyyətinə daxildir.

Qaluzin həmçinin bildirib ki, İrəvanın təşkilatın fəaliyyətində iştirakdan və onun büdcəsi ilə bağlı qərarları imzalamaqdan imtina etməsi Ermənistanı üzvlük haqlarını ödəmək öhdəliyindən azad etmir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*