Ermənistanın “Flyone Armenia” aviaşirkəti ilk uçuşunu ləğv etdi – Moskva icazə vermədibackend

Ermənistanın “Flyone Armenia” aviaşirkəti ilk uçuşunu ləğv etdi - Moskva icazə vermədi

Ermənistanın “Flyone Armenia” aviaşirkəti ilk uçuşunu ləğv edib.

KONKRET.az ermnəni mətbuatına istinadla xəbər verir ki, aviaşirkət rəsmi açıqlama verəcəyini və uçuşların təxirə salınmasının səbəblərini təqdim edəcəyini vəd edib (saat 07:00-da İrəvan-Moskva reysi və 13:40-da Moskva-İrəvan).

Ermənistanın “Hraparak” qəzeti aviaşirkət Rusiyadan uçuş həyata keçirmək üçün icazə ala bilməyini yazıb. Bilet alan sərnişinlərin nə edəcəklərini bilmirlər.

Bir müddət öncə biznesmen və deputatı Xaçatur Sukiasyanın uçuşlar üçün icazə aldığı elan edilmişdi.

“Flyone Armenia” aviaşirkəti (de-fakto onun həmtəsisçisi – biznesmen və Dövlət Dumasının deputatı Xaçatur Sukiasyan) oktyabrın 29-da hava daşımaları həyata keçirmək üçün icazə alıb və 7 istiqamət üzrə uçuşlar elan edib”, – elanda deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*