“Ermənistanın heç bir qonşusuna qarşı ərazi iddiası yoxdur” – Simonyanbackend

"Ermənistanın heç bir qonşusuna qarşı ərazi iddiası yoxdur" - Simonyan

“Ermənistanın heç bir qonşusuna qarşı ərazi iddiası yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikieri Alen Simonyan deyib.

Ermənistan parlamentinin nümayəndə heyəti Bəhreyndə sülh və təhlükəsizlik məsələlərinə həsr olunmuş Parlamentlərarası İttifaqın (PAİ) Assambleyasında iştirak edir.

Alen Simonyan assambleyada Ermənistan və Qarabağdakı son vəziyyət barədə danışıb.

“Ermənistanda milli azlıqlar – yezidilər, kürdlər, ruslar, ukraynalılar, asurilər, yəhudilər və yunanlar cəmiyyətimizin bərabərhüquqlu üzvləri kimi yanaşı yaşayır, bütün hüquqlardan istifadə edirlər. Ermənistan qanunvericiliyinə görə, milli azlıqların dörd nümayəndəsi bizim parlamentin üzvüdür.

Bizim beynəlxalq siyasətimizin təməl daşı bütün ölkələrlə dinc münasibətlərin qorunmasıdır. Bununla belə, bir çox təhlükələrlə üzləşirik. Cənubi Qafqazda gərginlik davam edir.

Bəziləri deyir ki, Ermənistan öz ərazisini genişləndirmək istəyir. Ermənistanın heç bir qonşusuna qarşı ərazi iddiası yoxdur”, – Simonyan deyib.

P.S. Ermənistanın heç bir qonşusuna qarşı ərazi iddiası yoxdursa, bəs onda 30 il Azərbaycanın 20 % torpağını kim işğal etmişdi? Gözəl bir atalar məsəli var: “Adımı sənə qoyum, səni də yana-yana…”

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*