Qranada görüşündən sonra sənədin imzalanacağını və ya bəyanatın qəbul ediləcəyini deyə bilmərəm.
KONKRET.az xəbər verir ki, bu barədə oktyabrın 3-də Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan deyib.
Xandanyan Alma-Ata bəyannaməsinə əsaslanaraq Ermənistanın 29 800 kvadrat kilometr ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb.
O qeyd edib ki, Ermənistan da kommunikasiyaların blokunu açmaq istəyir, lakin bu Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində olmalıdır.
Xandanyan bildirib ki, Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiası olmayıb və yoxdur.
Ariz Həsənoğlu,
KONKRET.az
