Ermənistanın Milli Təhlükəsizlik Xidmətindən AÇIQLAMA: “Bura Azərbaycan ərazisi, Eyvazlı kəndidir”backend

Ermənistanın Milli Təhlükəsizlik Xidmətindən AÇIQLAMA: “Bura Azərbaycan ərazisi, Eyvazlı kəndidir”

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri parlamentə gələcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, hakimiyyət orqanları  “Ermənistan” blokunun  Gorus-Qafan yolundakı mövcud vəziyyəti müzakirə etmək üçün Milli Məclisin qapalı iclasını çağırmaq təklifi ilə razılaşıblar. Müxalifətin əsas tələbi isə  Milli Təhlükəsizlik Xidmətinin direktorunun da parlamentin iclasında iştirakının təmin olunmasıdır.

Hakimiyyət Ermənistan MTX-nin rəhbərinin parlamentin iclasında iştirakı üçün heç bir əngəl olmadığını müxalifətin diqqətinə çatdırıb. Lakin iş qrafikinin tənzimlənməsinin vacibliyi vurğulanıb. Qapalı görüşün bu gün baş tutacağı istisna edilmir.

Qəzet xatırladıb ki, Azərbaycan tərəfi guya Ermənistanın Vorotan ərazisində polis postu quraraq, iranlı sürücülərdən gömrük rüsumu tələb edir. Lakin elə Ermənistanın öz Milli Təhlükəsizlik Xidməti buranın Azərbaycan ərazisi (Eyvazlı) olduğunu açıqlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*