“Ermənistanın Rusiyaya qarşı demarşı ağır nəticələrə səbəb olacaq” – Abramyanbackend

"Ermənistanın Rusiyaya qarşı demarşı ağır nəticələrə səbəb olacaq" - Abramyan

“Rusiyaya qarşı demarşın ciddi nəticələri olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü Tiqran Abramyan deyib.

Deputatın fikirincə, ikitərəfli münasibətlərdə problemlərin ola bilmək ehrimalı var.

Ermənistanın regionda bir nömrəli oyunçuya – Rusiyaya qarşı demarş etməsi ağır nəticələr verə bilər. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Türkiyə nəinki Qarabağ və Ermənistanla bağlı danışıqlar prosesinə müdaxilə etməyə, həm də Cənubi Qafqaz regionunda Rusiya üzərində müəyyən üstünlük əldə etməyə çalışıb.

“Türkiyənin Ermənistanın dəvəti ilə danışıqlar prosesində iştirak etməsi və müəyyən rol almağa çalışması çox təhlükəlidir”, – deyə deputat vurğulayıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*