Ermənistanın sabiq Baş prokuroru HƏBS OLUNDUbackend

Ermənistanın sabiq Baş prokuroru HƏBS OLUNDU

Ermənistanın keçmiş Baş prokuroru və İstintaq Komitəsinin sabiq sədri Aqvan Ovsepyan həbs olunub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Ovsepyanın vəkili Sasun Rafaelyan açıqlayıb.

Vəkil, həmçinin qeyd edib ki, onlar məsələ ilə bağlı mütləq Apellyasiya Məhkəməsinə müraciət edəcəklər.

Qeyd edək ki, Ermənistanın keçmiş Baş prokuroru Aqvan Ovsepyan sentyabrın 7-si saxlanılıb. O, qanunsuz sahibkarlıq fəaliyyətində, çirkli pulların yuyulmasında, korrupsiya və fırıldaqçılıqda təqsirli bilinir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*