Ermənistanın XİN rəhbəri Türkiyəyə səfər edəcəkbackend

Ermənistanın XİN rəhbəri Türkiyəyə səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və parlamentin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyəyə səfər edəcəklər.

KONKRET.az xəbər verir ki, bu məlumatı Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu açıqlayıb.

Onun sözlərinə görə, A. Mirzoyan və R. Rubinyan Antalya Diplomatiya Forumuna qatılacaqlar.

“Hamının səsinin burada eşidilməsini istəyirik. Paşinyan Antalya Diplomatiya Forumunda iştirak edə biləcəklərini bildirib. Azərbaycan da gəlir. Hər kəs düşüncələrini söyləsin”, – deyə Çavuşoğlu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*