Ermənistanla sərhəddə əsas yolun üç hissəsi Azərbaycanın nəzarətinə keçəcək – “Pastinfo” – FOTObackend

Ermənistanla sərhəddə əsas yolun üç hissəsi Azərbaycanın nəzarətinə keçəcək - "Pastinfo" - FOTO

“Yolun Azərbaycanla sərhəddə yerləşən Voskepar  kəndi (Əskipara) yaxınlığındakı hissələri Azərbaycanın nəzarətinə keçəcək”.

KONKRET.az bildirir ki, bu barədə erməni nəşri “Pastinfo” xəbər verir.  Nəşr yazıb ki, yolun Azərbaycanla sərhəddə yerləşən Voskepar kəndi yaxınlığındakı hissələri Bakının nəzarətinə keçəcək.

“Hakimiyyət Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Tavuş vilayətinin sərhədyanı Voskepar şəhərinə aparan, eləcə də kəndin yaxınlığından keçən bir neçə hissəsində alternativ yollar çəkməyə hazırlaşır. Yeni yol bir neçə kəndi Baqanislə birləşdirəcək.
M16 avtomagistralı, Google xəritəsinə əsasən, Azərbaycan sərhədini bir neçə hissədə keçir və Ermənistan hakimiyyəti Google xəritəsi ilə sərhəd xəttini çəkdiyi üçün 12 km-lik yeni yolun tikintisi ilə bağlı ilkin qərar var”, -deyə nəşr yazıb.

24News-un məlumatına görə, dolama yollar çəkilmir. Bu barədə nəşrə Tavuş vilayətinin başçısı Hayk Qalumyan və Voskepar administrasiyasının rəhbəri İşxan Amalyan məlumat verib.

“Voskeparda dolama yol yoxdur, alternativ yol çəkilir”, – deyə Amalyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*