Almaniyanın xarici işlər naziri Annalena Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Avropa İttifaqı (Aİ) adından Suriyaya birgünlük səfərə yola düşürlər.
KONKRET.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Nazirlər Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara ilə danışıqlar aparmaq üçün Dəməşqə yollanıblar:
“Əsədin ağrılı hakimiyyəti başa çatıb. Yeni bir fəsil açılıb, lakin hələ yazılmayıb”, – xanım Berbok səfərdən əvvəl deyib. Nazirin sözlərinə görə, Avropa ilə Suriya arasında “yeni siyasi başlanğıc” mümkündür.
Qeyd edək ki, Annalena Berbok və Jan-Noel Barro Bəşər Əsədin istefasından sonra Suriyaya səfər edən ilk Avropa nazirləridir. /milliaz