“Əsgərlərimiz bayraq sancmaq üçün orada salamat bina tapa bilmirdilər” – Prezidentin köməkçisibackend

"Əsgərlərimiz bayraq sancmaq üçün orada salamat bina tapa bilmirdilər" - Prezidentin köməkçisi

“Azərbaycan Ordusu heç vaxt mülki əhalini hədəfə almayıb, almır da”.

KONKRET.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Ermənistanın Azərbaycanı Xankəndini bombalamaqda ittiham etdiyini bildirib və bunun əsassız olduğunu faktlarla izah edib:

“Xankəndidə Ermənistan ordusunun 2-3 əsas bazası, həmçinin əsas raket sistemləri yerləşir. Biz Ermənistanın Müdafiə Nazirliyinə Azərbaycanın mülki əhalisini hədəfə almaqdan çəkinmələri üçün xəbərdarlıq etmişdik. Xüsusilə bundan sonra onlar mülki əhaliyə qarşı hücumlara başladılar.

Bu məsələdə mülki əhalidəki itki ilə bağlı rəqəmlərə baxmaq lazımdır. Onlar tərəfdən və biz tərəfdən mülki itkilərin sayına baxın və müqayisə edin. Bu yaxınlarda işğaldan azad etdiyimiz Hadruta baxsanız, orada 1-2 yüngül dağıntıdan başqa mülki binalara zərər dəymədiyini görə bilərsiniz. Ancaq bizim işğaldan azad etdiyimiz Füzuli və Cəbrayıl rayonlarında ermənilərin nə cür dağıntılar etdiyini videolarda hər kəs görə bilər. Xüsusilə Füzuli şəhərində əsgərlərimiz bayraq sancmaq üçün salamat bina tapa bilmirdilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*