“Erməni əsirlərlə bağlı spekulyasiyalar onların geri qayıtmasına mane olur”.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki Müqavilə”dən olan deputatı, müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Koçaryan deyib. O bildirib ki, məsələ həddindən artıq alovlanmadan “sakit, heç bir gərginlik olmadan həll olunacaq”.
“Ermənistanda əsir problemi həll olunmasaydı, oradan heç kim geri qayıtmazdı”, – deyə Koçaryan vurğulayıb.
Onun sözlərinə görə, dedi-qodu və şayiələr nə qədər çox olarsa, Azərbaycandan məhbusların qaytarılması prosesi də bir o qədər çətinləşir.
Xuraman Etibarlı,
KONKRET.az
