“Əslində bu problemin həllinə 5 dəqiqə vaxt lazımdır” – Ekspertdən Kəmaləddin Heydərova CAVABbackend

"Əslində bu problemin həllinə 5 dəqiqə vaxt lazımdır" - Ekspertdən Kəmaləddin Heydərova CAVAB

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib ki, sənədsiz evlərlə bağlı problem yaxın illərdə həllini tapacaq. Əslində, bu problemin həllinə 5 dəqiqə lazımdı: Prezident Mülkiyyət Amnistiyası elan edir, bu günə qədər sənəd ala bilməyən vətəndaşların daşınmaz əmlakı qeydiyyata alınır – vəssalam. Əslində Dövlət o tikililəri hüquqi olaraq tanıyıb – hər bir evə, mənzilə sayğac qoyub qaz, işıq, su satır, həmin sənədlərdə hüquqi ünvan, ödəyicinin adı, soyadı yazılır. Məntiqlə, dövlət kommunal xidmət göstərirsə, deməli həmin vətəndaşın, onun ailəsinin orada yaşadığını bilir, görür, qəbul edir.Belədirsə, nədən onminlərlə vətəndaşların mülkiyyət hüququ tanınmır, onlara haqq etdikləri çıxarışlar verilmir?! Vətəndaşın nə günahı var ki, ona, tutalım, qeyri-qanuni sənəd veriblər, daha doğrusu, elə bir sənəd satıblar, o da özünün mənzil hüququnu özü təmin edib?!

Yaxşı, tutalım, heç bir sənədi olmadan ev tikib, birincisi, dövlət hara baxırdı o tikinti aparanda, bəyəm ölkədə dövlət orqanlarının xəbəri olmadan divara bir mismar vurmaq olur?! İkincisi, dövlətin əsas vəzifələrindən biri vətəndaşa xidmət etmək, vətəndaşın mənzillə təmin edilməsi üçün işlər görməkdir – yaxşı, bu yazıq vətəndaş öz hesabına, öz gücünə, xərc-borc dövlətin görməli olan işi görüb, nədən vətəndaşdan qaz, su, işıq pulu alırsız, amma onun çıxarışını vermirsiz?! Bu məntiqsizlikdir axı, sənədsiz tikinti aparmaq istəyənin qarşısını təməldə alın, xərci çıxmamış qarşısını kəsin, amma tikintiyə nəzarət funksiyası olan 14-15 dövlət orqanı pul alıb gözünü yumur, vətəndaş dövlətin əvəzinə öz sosial problemini həll edir, sonra da deyirsiniz ki, bu “qeyri-qanuni” tikilidir, çıxarış vermirik – belə yanaşma olmaz!

Natiq Cəfərli

  • Namiq
    Dekabr 13, 2021 - 23:42

    Azərbaycan BMT qərarlarını yerinə yetirməsi üçün ermənistanı 30 il gözlədi, axırda özü qərarları yerinə yetirdi. İndi vətəndaşlar qanunların yerinə yetirilməsini necə həyata keçirməlidir ???

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*