Etirazçı gənc İran prezidentini çıxışı zamanı SUSDURDU: “Bu xətaları DAYANDIRIN!” – VİDEObackend

Etirazçı gənc İran prezidentini çıxışı zamanı SUSDURDU: "Bu xətaları DAYANDIRIN!" - VİDEO

İran prezidenti çıxış edərkən qəfil etirazçı gənc xalqın sözünü birbaşa onun üzünə söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Azad İran teleqram kanalı məlumat yayıb.

Bu gün İran prezidenti İbrahim Rəisi Tehran əyalətinin İslamşəhr şəhərində çıxışı edib. Onun çıxışı zamanı iştirakçılardan biri qəfil ayağa qalxaraq anti-hökumət şüarları səsləndirib. O, Rəisini demək olar ki, susdurub.

“Köhnə düşüncələrin çərçivəsində qalmağı dayandırın! Bu günün işlərini sabaha təxirə salmağı dayandırın! Rüşvətxorluğu, korrupsiyanı və xətaları dayandırın! Dayandırın!”, – deyə gənc etirazını bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*