Evdə baş verən yanğını fürsət bilib dollarları oğurladı – Saxlanıldıbackend

Evdə baş verən yanğını fürsət bilib dollar olan seyfi oğurladı - Saxlanıldı

Aprelin 13-də axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən ikimərtəbəli evlərin birində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, nəticədə 150 kvadratmetr sahədə yanar konstruksiyalar yanıb.

Yanğın söndürüldükdən sonra evdən içərisində 1000 ABŞ dolları olan seyfin oğurlanması aşkar edilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Əkbər Bəşirli müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*