Evdən çıxıb gedən bu yeniyetmə axtarılır – FOTObackend

Evdən çıxıb gedən bu yeniyetmə axtarılır - FOTO

Sumqayıtda 16.10.2004-cü il tarixdə doğulmuş Kərimov Əli Fariz oğlu sentyabrın 19-da səhər saatlarında 76-cı məhəllədə yaşadığı evdən naməlum istiqamətə çıxaraq bir daha geri qayıtmayıb.

KONKRET.az-ın məlumatına görə, Ə.Kərimov 168 sm boyunda, arıq bədən quruluşlu, qarabəniz, sifəti uzunsov, saçları qısa və şabalıdı rəngdə, gözlərinin rəngi isə yaşıldır.

O, evdən çıxarkən əynində tünd göy rəngli cins şalvar, tünd yaşıl rəngli qısaqol köynək, ayağında isə  göy rəngli “makasin” ayaqqabı olub.

Bu gənci görən şəxslərdən Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə və ya (018) 65 4-02-02, (018)  65 5 -76 -65,  050 384 -84-99  telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*