Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib.
“İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyini və artıq belə maraqlarımızın olmadığını rəsmiləşdirək”, – o bildirib.
Qeyd edək ki, KTMT-nin Baş katibi Taаlatbek Masadıkov təşkilatın 11 noyabrda keçiriləcək sammitində nizamnamənin 25-ci maddəsinin Ermənistana tətbiq edilməsi məsələsinin nəzərdən keçirilə biləcəyini bildirmişdi. Bu müddəa iki ildən çox üzvlük haqqını ödəməyən dövlətlərin təşkilatdakı hüquqlarına məhdudiyyətlər qoyur.
