Ronaldo millidəki karyerasını başa vurdubackend

Ronaldo millidəki karyerasını başa vurdu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kristiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurub.

KONKRET.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Xatırladaq ki, Ronaldo 2003-cü ildən Portuqaliya yığmasının formasını geyinib. O, 2016-cı ildə komanda ilə Avropa çempionatının, 2018/2019 və 2024/2025 mövsümlərində UEFA Millətlər Liqasının qalibi olub.

Hücumçu son olaraq UEFA Millətlər Liqası çərçivəsində Norveç yığması ilə keçirilən görüşdən (2:1) sonra Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etmişdi. Bunun ardınca federasiya futbolçuya bir aylıq cəza verib və 255 avro cərimələyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*