“Exo Moskva”: “Azərbaycan Türkiyə ilə birgə Qələbə paradı keçirir”backend

"Exo Moskva": "Azərbaycan Türkiyə ilə birgə Qələbə paradı keçirir"

Qələbə paradı Bakının Azadlıq meydanında təşkil olunacaq. Qələbə paradında Azərbaycan prezidenti İlham Əliyevlə birgə Türkiyə prezidenti Racib Tayyib Ərdoğan da iştirak edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Exo Moskva” məlumat yayıb. Məlumatda deyilir ki, parad Dağlıq Qarabağdakı hərbi əməliyyatların sona çatması və Azərbaycan Ordusunun qələbəsi şərəfinə təşkil olunur. Bakının mərkəzindəki təntənəli paradda təxminən üç min əsgər və yüz əlli vahid hərbi texnika iştirak etməlidir. Erməni tərəfdən əldə edilmiş digər vasitələrlə yanaşı, qənimət kimi götürülmüş maşın və texnikalar da nümayiş etdiriləcək.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*