“Qiyamətə qədər olsa belə Bütöv Azərbaycan davasından bir an belə vaz keçən deyilik…”.
Arazı ayırdılar,
Qum ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülmünən ayirdılar…
KONKRET.az xəbər verir ki, bu sözlər güneyli qardaşlarımızın artıq şüarına çevrilib. Fars-molla rejimi hər cür vasitə ilə, min cür bəhanə ilə milli fəalları zindana atdırır, edam etdirir, şallağa məruz qoyur. Buna baxmayaraq, İranda yaşayan azərbaycanlılar molla rejiminin onlara qoyduğu qadağalara artıq dözmür. Son zamanlar müxtəlif yerlərdə çoxlu sayda etiraz aksiyaları baş qaldırıb. Etirazçıların 90%-i Güney Azərbaycan əhalisidir.
Fars rejimi azərbaycanlılara nə qədər öz türk dilini, adət-ənənələrini, irsini və s. unutdurmağa çalışsa da, milli fəallar və əhali bunu qəbul etmir, mübarizələrini müxtəlif üsullarla davam etdirirlər. “Həsrət körpüsü” qrupu ana dili kursları ilə soydaşlarımıza dilimizi unutmamağa yardım edir, kitablar paylayır.
Öz kökünü, soyunu unutmayan, illərin qadağalar altında həsrətini çəkən güneyli soydaşlarımızın haqq səsi, haqq mübarizəsi bir gün mütləq öz bəhrəsini verəcək. Güneyli-quzeyli Azərbaycan bir gün mütləq birləşəcək. Biz buna əminliklə inanırıq.
Güneyli soydaşlarımızın həsrət dolu hayqırtısını sizə təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
