Fahişəliyin qanuniləşdirilməsi istənilir – Ukraynadabackend

Fahişəliyin qanuniləşdirilməsi istənilir - Ukraynada

Ukraynada bir müddət bundan əvvəl xidmətə başlayan Baş Polis bölməsinin rəisi İqor Klimenko Kiyev hökumətinin fahişəliyi qanuniləşdirmək barəsində düşüməsini bildirib.

KONKRET.AZ xəbər verir ki, bu barədə Klimenko “Leviy Bereg” qəzetinə açıqlama verib.

Açıqlamasında yeni rəis fahişəlik məsələsində mədəni olmağı məshələt bilib: “Hər halda bundan yaxa qurtara bilməyəcəyik. Hökumət bununla bağlı mədəni qərar verərsə, seks xidmətləri sahəsində hüquqi tənzimləməni dəstəkləməyə hazırıq”.

Bundan başqa, Klimenko Ukraynanın yüngül narkotik maddələrin və silahın qanuniləşdirilməsinə hələ hazır olmadığını bildirib. Lakin qumar sektorunun bütünlükdə dövlətin nəzarəti altında olmasının vacibliyini qeyd edib.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın