Fatih Portakalın maaşı dodaq uçuqlatdı – Kanalda böhrana səbəb oldubackend

Fatih Portakalın maaşı dodaq uçuqlatdı - Kanalda böhrana səbəb oldu

Türkiyənin tanınmış jurnalisti və Sözcü TV Ana Xəbər aparıcısı Fatih Portakalın aldığı maaş mediada böyük müzakirələrə səbəb olub.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, Portakalın aylıq maaşı 14 milyon liraya yaxındır və bu, kanalda ciddi narazılıqlara yol açıb.

Son zamanlarda Sözcü TV-dən Ebru Baki və Baş Redaktor Alişer Delek kimi yüksək səviyyəli adların istefa verməsi bu məsələnin daha çox diqqət çəkməsinə səbəb olub. İddiaya görə, bu istefaların əsas səbəbi Fatih Portakalın yüksək maaşıdır.

Jurnalist Fatih Altaylının verdiyi məlumata görə, kanal daxilindəki narazılıqların kökündə Portakalın aldığı maaş dayanır. Altaylı açıqlamasında bunları qeyd edib:

“Sözcü TV-də nələrsə baş verir, amma tam olaraq nə olduğunu bilmirik. Deyilənə görə, problemlərin mənbəyi Fatih Portakalın maaşıdır. Bu, kanalda ciddi narazılıqlara və istefalara səbəb olub.”/milliaz

  • Əliəddin
    Dekabr 12, 2024 - 17:37

    Yüksək səviyyəli, erudisiyalı, vucdanlı insanların yüksək əmək haqqı ilə təmin olunmasından doğal nə ola bilər ki? Yoxsa bizdəki kimi? Hamıya eyni qaydada, a ilə b-ni fərqləndirə bilməyənlərlə, səviyyəliləri bir tutub, eyni maaşla çərlətmək nə Allaha, nə də vicdana sığan yanaşma deyil. Təəssüf ki, bizdə bunun çarəsi görün-mür, yəqin ki, hələ neçə illər belə davam edəcək! Fatih Portakala gəlincə, onun aldığı əmək haqqı anasının ağ südü kimi halaldır. Ona etiraz edənləri tanımıram. Məncə nə onların səviyyələri, nə də mərdlikləri Fatih bəyinkinin mində biri səviyyəsində də deyil.

Əliəddin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*