FED uçot dərəcəsini endirdibackend

FED uçot dərəcəsini endirdi

ABŞ-ın Federal Ehtiyat Sistemi(FED) uçot dərəcəsinə yenidən baxıb.

KONKRET.az xəbər verir ki, bu barədə nizamlayıcının saytında bildirilir.

Məlumata görə, Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,5% bəndi azaldıb və 1-1,25% səviyyəsində saxlayıb.

“ABŞ iqtisadiyyatı hələ də güclüdür. Lakin koronavirus iqtisadi fəallıq üçün yeni risklərin artmasına zəmin yaradır. FED məhz bu səbəbdən uçot dərəcəsinin 0,5% bəndi aşağı salınmasına qərar verib”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, FED bundan əvvəl uçot dərəcəsinə cari il yanvarın sonunda baxmış və sabit saxlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*