Federasiyada mərhum prezidentin yerinə rəhbər seçildibackend

Federasiyada mərhum prezidentin yerinə rəhbər seçildi

Bu gün Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) onlayn formatda Konfransı keçirilib.

AFFA-dan KONKRET.az-a verilən məlumata görə, konfransda Sahə Futbol Federasiyaları İctimai Birliyinin (SFFİB) prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Əlillər Futbolu Federasiyasının icraçı direktoru, eşitməqüsurlu futbolçulardan ibarət milli komandanın baş məşqçisi Elşad İbrahimli və digər rəsmi şəxslər iştirak edib.

Konfransı giriş sözü ilə SFFİB-nin prezidenti Mahir Məmmədov açıb. Əvvəlcə iyunun 7-də dünyasını dəyişmiş Əlillər Futbolu Federasiyasının sabiq prezidenti mərhum Şaiq Həmidovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra federasiyanın icraçı direktoru ötən müddət ərzində görülmüş işlər barədə hesabat xarakterli çıxış edib.

Konfransa Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli federasiyanın prezidenti seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*