“Fənərbaxça” yeni mövsümə ciddi hazırlaşır və növbəti legioneri heyətinə qatır.
KONKRET.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubunun hücumçusu Yusif əl-Nəsrini heyətinə qatmağa hazırlaşan “Fənərbaxça” mərakeşli futbolçu üçün 18 milyon avro nəzərdə tutub.
Klub Əl-Nəsri ilə 4 illik müqavilə imzalayacaq.
Yusif əl-Nəsri “Sevilya”nın heyətində 112 oyunda 36 qolla yadda qalıb.