Çempionlar Liqası: “Qarabağ” hesabı bərabərləşdirdi – YENİLƏNİBbackend

Çempionlar Liqası: "Qarabağ" hesabı bərabərləşdirdi - YENİLƏNİB

Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

KONKRET.az-ın məlumatına görə, 35-ci dəqiqədə Kvabena Ovusu tarazlığı bərpa edib – 1:1.

20:19

“Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb. 

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada qonaqlar önə keçib.

Frank Boli 17-ci dəqiqədə fərqlənib.

20:00

“Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Matçı Andreas Ekberqin başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*