“Fərqi ayırd edə bilmir” – Milli Məclisdə deputatlar arasında GƏRGİNLİKbackend

"Fərqi ayırd edə bilmir" - Milli Məclisdə deputatlar arasında GƏRGİNLİK

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev həmkarı Kamal Cəfərovu tənqid edib.

KONKRET.az xəbər verir ki, Q.Həsənquliyevin tənqidinə səbəb K.Cəfərovun dövlət qulluqçusu ilə deputat statusunu eyniləşdirməsi cəhdi olub.

Q.Həsənquliyev qeyd edib:

“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı dövlət qulluqçularının hər 5 ildən bir imtahan verərək sertifikat alması ilə bağlı məsələyə toxundum. Deputat Kamal Cəfərov isə mənə cavabında Milli Məclisin deputatlarının da 5 il müddətinə seçildiyini qeyd etdi”.

Q.Həsənquliyev həmkarını deputatla dövlət qulluqçusunun səlahiyyətlərini ayırd edə bilməməkdə təqsirləndirib:

“Parlament seçkili orqandır, deputatlar xalq tərəfindən seçilirlər və mütəmadi xalq qarşısında hesabat verirlər. Deputatla dövlət qulluqçusunu eyniləşdirmək düzgün yanaşma deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*