Bakı şəhərinin Sabunçu rayonunda Bakı Olimpiya Stadionunun yaxınlığında sıx qamışlıq, quru ot və kol-kos olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. İlkin məlumata görə, 1 ha sahədə qamışlıq və quru ot yanıb. Yaxınlıqdakı neft və qaz kəmərləri, həmçinin yaşayış evləri yanğından mühafizə olunub.
***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.
İlkin məlumata görə 0,5 ha sahədə qamışlıq və kol-kos yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Qeyd edək ki, yanğın baş verən ərazi Bakı Olimpiya Stadionunun yaxınlığıdır.