FHN Şəkidəki qəza ilə bağlı məlumat yaydıbackend

FHN Şəkidəki qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Şəkidə baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb.

KONKRET.az xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*