FİA prezidenti Bakıya gəldibackend

FİA prezidenti Bakıya gəldi

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd Ben Sulayem Bakıya gəlib.

KONKRET.az xəbər verir ki, Mohammed Ben Sulayem Bakıda dekabrın 5-8-də baş tutacaq FİA Baş Assambleyalarının iclasları və mükafatlandırma mərasimində (FIA Prize-Giving Ceremony) iştirak edəcək.

Qeyd edək ki, FİA həftəsi çərçivəsində 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri Bakıya gəlir.

Paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin dekabrında FİA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunmuşdu. Avtomobil idmanı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparırdı. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*