FİFA-nın sabiq maliyyə direktoruna 10 illik cəzabackend

FİFA-nın sabiq maliyyə direktoruna 10 illik cəza

FİFA-nın sabiq maliyyə direktoru Markus Kattner futboldan uzaqlaşdırılıb.

KONKRET.az xəbər verir ki, FİFA İntizam Komitəsi almaniyalı funksioneri 10 il müddətinə futbol fəaliyyətindən məhrum edib.

O, şəxsi mənfəətə görə qanun pozuntularına yol verməkdə günahlandırılıb. 50 yaşlı biznes məsləhətçisi həmçinin 1 milyon İsveçrə frankı cərimələnib. Kattner ali futbol qurumunun sabiq prezidenti Yozef Blatterin dönəmində baş katib vəzifəsində çalışmış Jerom Valke ilə birlikdə təxminən 80 milyon dollarlıq mükafat müqaviləsi bağlayıb və bu üzdən 2016-cı ildə FİFA-nın yeni rəhbərliyi tərəfindən işdən çıxarılıb.

Qeyd edək ki, 2003-2015-ci illərdə FİFA-da maliyyə direktoru olan Markus Kattner daha bir il baş katib vəzifəsini icra edib.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*