Finlandiya Rusiyanın mümkün hücumlarına HAZIRLAŞIR  – FOTObackend

Finlandiya Rusiyanın mümkün hücumlarına HAZIRLAŞIR - FOTO

Ukrayna müharibəsindən sonra NATO-ya müraciəti gündəmə gətirən Finlandiya Rusiyanın mümkün işğalına hazırlaşır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin “Daily Telegraph” qəzeti  Finlandiyanın nüvə bunkerlərini araşdırıb.

Paytaxt Helsinkidə bir sığınacağı ziyarət edən Britaniya mediası burada uşaq meydançaları, hovuzlar və istirahət yerlərinin olduğunu bildirib.

Belə ki, Rusiya ilə 1300 kilometr quru sərhədi olan Finlandiya Rusiyanın mümkün işğalına qarşı hazır vəziyyətdədir. Təxminən 5,5 milyon əhalisi olan ölkənin 54 min fərqli nöqtəsində yerləşən sığınacaqlar 4,4 milyon insanı qəbul etmək gücünə malikdir. Yalnız 650 min əhalisi olan paytaxt Helsinkidə 900 min nəfər tutumlu 5500 Sığınacaq var . Ölkə qanunlarına görə, 1200 kvadratmetrdən çox olan bütün binalarda sığınacaqların olması məcburidir.

Finlandiya hökuməti həmçinin 44 hərbi bunker inşa edib. Sülh dövründə ictimai məkan kimi xidmət edən bu məkanlar 72 saat ərzində tam işlək sığınacaqlara çevrilmək üçün nəzərdə tutulub. Bunkerlər nüvə, bioloji və kimyəvi hücumlara da davamlıdır.

Helsinkidə sığınacaq olaraq inşa edilən “Hakaniemi” İdman Mərkəzinin mülki müdafiə məşqçisi Tomi Ras ingilis jurnalistlərə  bu bardə məlumat verib:

“Sığınacaqlar humanitar şəraiti təmin etmək üçün tikilib. Yerin 25 metr dərinliyində yerləşən idman mərkəzində minlərlə çarpayılıq və humanitar ləvazimatlar olan anbarlar, hava filtrasiya sistemləri var. İnsanları həftələrlə, hətta aylarla sığınacaqda saxlamaq üçün kifayət qədər qida və su təchizatı sistemi mövcuddur”.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*