Finlandiya hökuməti İSTEFA VERDİbackend

Finlandiya hökuməti İSTEFA VERDİ

Finlandiya hökuməti istefa verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Yle” teleradio şirkəti məlumat yayıb.

Bildirilir ki, Sanna Marinin rəhbərlik etdiyi Finlandiya hökuməti parlament seçkilərində baş nazirin rəhbərlik etdiyi partiyanı itirdikdən sonra istefa verib.

Prezident rəsmi bəyanatı qəbul edib. İndi Sanna Marinin Nazirlər Kabineti yeni hökumət formalaşana qədər müvəqqəti hökumət kimi fəaliyyət göstərəcək.

Finlandiyada seçkilərdə qalib gələn müxalif mühafizəkar “Milli Koalisiya”nın rəhbərliyi ilə gələn həftə yeni hökumətin formalaşdırılmasına başlanacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*