Finlandiya seçkilərində o öndədirbackend

Finlandiya seçkilərində o öndədir

Finlandiyada keçirilən prezident seçkilərinin ikinci turunda Milli Koalisiya Partiyasının namizədi Aleksandr Stubb liderlik edir.

KONKRET.az xəbər verir ki, bu barədə Finlandiya Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səslərin 97,5 faizi hesablandıqdan sonra Milli Koalisiya Partiyasının namizədi Aleksandr Stubb 51,7 faizlə öndədir. Keçmiş xarici işlər naziri və parlamentin üzvü Pekka Haavisto 48,3 faiz səs toplayıb.

Ölkə üzrə 4,54 milyon seçicidən ümumilikdə 3 milyon 71 min 545 nəfər səs verib. Finlandiyada seçici fəallığı 70,7 faiz, xaricdə 16,6 faiz təşkil edib.

Seçkilərin yekun nəticələri fevralın 14-də ölkənin Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənəcək. Hökumət seçkilərin nəticələrini fevralın 15-də keçiriləcək plenar iclasda elan edəcək.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, respublika prezidentinin səlahiyyət müddəti martın əvvəlində başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*