“Fırtına Qara dənizdə rus qoşunlarına imkan vermir” – Ukrayna rəsmisibackend

"Fırtına Qara dənizdə rus qoşunlarına imkan vermir" - Ukrayna rəsmisi

Qara dənizdə üç gündür ki, fırtına rus qoşunlarına Odessa və ya Nikolayev yaxınlığında lövbər salmağa imkan vermir.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Üç gündür ki, Qara dənizdə fırtına var. Bu da Rusiya gəmilərinə Odessa və ya Nikolayev bölgəsinə yan almağa imkan vermir”,-Arestoviç bildirib.

O qeyd edib ki, səhər saatlarında dünən qaynar nöqtə olan Kiyevin ətrafı duman və qarla örtülüb:

“Hava şəraiti rus işğalçılarının paytaxta hücuma başlamasının qarşısını alır”,- o əlavə edib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*