“Fraksiyadan imtina edənlər mandatdan niyə imtina etmirlər?” – Rubinyanbackend

"Fraksiyadan imtina edənlər mandatdan niyə imtina etmirlər?" - Rubinyan

“Mənim addımım” fraksiyasından çıxan, ancaq deputat mandatını qoruyan millət vəkilləri parlamentdəki fəaliyyətlərini hansı əsasla davam etdirdiklərini izah etməlidirlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Mənim addımım” fraksiyasının üzvü, millət vəkili, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Ruben Rubinyan özünün facebook səhifəsində yazıb.

Xatırladaq ki, son hadisələrdən sonra Vardan Atabekyan, Gor Gevorkyan, Taqux Tovmasyan, Anna Qriqoryan və Sofiya Hovsepyan “Mənim addımım” fraksiyasından ayrılıblar. Lakin deputat mandatını özlərində saxlayıblar.

Ruben Rubinyan əlavə edib ki: “Deputatların seçicilər qarşısında hesabatlılığının təmin edilməsinin vacibliyini vurğulayaraq, hesab edirəm ki, bu şəxslər ən azından parlament fəaliyyətlərini nəyə görə davam etdirdiklərini izah etməlidirlər. Deputatların hərəkətlərini qiymətləndirmək fürsətini “Mənim addımım” blokuna səs verən vətəndaşların öhdəsinə buraxıram”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*