Fransa hökuməti buna məcbur oldu – “Qənaət etməliyik”backend

Fransa hökuməti buna məcbur oldu - "Qənaət etməliyik"

“Fransa hökuməti iqtisadi artımla bağlı proqnozlarını aşağıya doğru dəyişmək məcburiyyətində qalıb. Bunun fonunda hökumət nazirliklərin xərclərini azaltmaqla 10 milyard avroya qənaət etməyi planlaşdırır”.

KONKRET.az xəbər verir ki, bunu Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Maire deyib.

“2024-cü il üçün təxminimiz 1,4% idi, yenidən baxıldıqdan sonra artım 1% olacaq. İqtisadi artımımız 1% səviyyəsində qalacaq, lakin biz geosiyasi konteksti nəzərə almalıyıq”, – deyən nazir Ukraynadakı münaqişəni, Yaxın Şərqdəki hadisələri, eləcə də Çində iqtisadi ləngimə və Almaniyada tənəzzülü vurğulayıb.

Le Maire söz verib ki, hakimiyyət iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün vergiləri artırmayacaq. Bununla bağlı o, bütün nazirliklərə şamil ediləcək 10 milyard avroluq qənaət planını açıqlayıb. “Bu, enerji, daşınmaz əmlak və ya satınalma xərcləri ola bilər”, – deyən Le Maire əlavə edib ki, “sosial təminat və yerli hakimiyyət orqanları bu tədbirlərdən təsirlənməyəcək. Bütün nazirliklər milli büdcədən öz paylarına uyğun töhfə verəcəklər”.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*