“Fransa Senatının qəbul etdiyi qətnamə Türkiyə, Azərbaycan və Rusiyaya təzyiqdir” – Millət vəkilibackend

"Fransa Senatının qəbul etdiyi qətnamə Türkiyə, Azərbaycan və Rusiyaya təzyiqdir" - Millət vəkili

“Fransa Senatının qəbul etdiyi qətnamənin təsiri yoxdur”.

Bunu KONKRET.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bildirib.

Deputat qeyd edib ki, Fransa öz nüfuzundan istifadə edib Belçikaya və Avropada olan xırda ölkələrə də buna uyğun sənəd qəbul etdirməyə çalışır:

“Dağlıq Qarabağın ancaq adını hallandırır. Heç bir statusu olmayan qondarma respublikanı dünyaya tanıtdırmağa çalışır. 30 ildə Fransa həm də ATƏT-in Minsk Qrupunun üzvü olub. Danışıq yolu ilə bu münaqişəni həll edə bilərdilər. Amma məlum olur ki, Fransa 30 ildə əksinə, Azərbaycanın ərazi bütövlüyünə şübhə yaratmaq və dövlətimizin bir parçasını Ermənistana birləşdirmək siyasətini həyata keçirməyə çalışıb. Bu gün bütün bunlar ortaya çıxır. Azərbaycan sərhədləri olan güclü dövlətdir. Çox istəyirsə, Fransa öz torpaqlarının bir hissəsini kiməsə bağışlasın. Heç kim bizim adımızdan qərar qəbul edib, torpaqlarımızı bağışlaya və əslində günahkar olan Ermənistanı təmiz çıxarıb, Azərbaycanı işğalçı adlandıra bilməz. Bu, dünyada görünməyən bir şeydir. Hər şeyin ölçüsü və beynəlxalq hüquq var. Fransadan öz həddini və çərçivəsini bilməsini tələb edirik”.

Deputat vurğulayıb ki, bu qətnamə Türkiyə, Azərbaycan və Rusiyaya təzyiqdir:

“Həm də bu, üçtərəfli imzalanan bəyanata etirazdır. Eyni zamanda Rusiyaya qarşı saymazlıqdır. Fransanın Türkiyəyə münasibəti Aralıq dənizində və Ağ dənizdə ortaya çıxmışdı. Makronun yalnız siyasəti Fransanın özü üçün də problemlər yaradır”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*