Fransanın paytaxtı Parisdə bir əsrdir qüvvədə olan qadağa ləğv edilib. Belə ki, Sena çayında çimməyə yenidən icazə verilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Olimpiya Oyunları ərəfəsində həyata keçirilən çayın təmizlənməsi üzrə genişmiqyaslı layihə sayəsində mümkün olub.
Məlumata görə, Parisin mərkəzindəki Sena çayında üç Olimpiya və Paralimpiya yarışlarının – triatlon, üzgüçülük və paratriatlon – keçirilməsi planlaşdırılır. 2025-ci ilə qədər çayda üç üzgüçülük sahəsi açılacaq.
Eyni zamanda 10 min idmançını Eyfel qülləsinə aparan 160 qayıqdan ibarət flotiliya oradan keçəcək.
Qeyd edək ki, bir çox digər şəhərlər kimi, Parisdə də keçən əsrdə artan əhali və çirkab suları səbəbindən Sena çayı kəskin şəkildə çirklənib. 1923-cü ildən Senada üzgüçülük qadağan edilib. Vəziyyəti düzəltmək üçün səlahiyyətli qurumlar güclü yağışlar zamanı axan suların yığılması üçün geniş yeraltı su anbarı da inşa ediblər.
İqbal Rzayev,
KONKRET.az
