Fransada atışma oldu – Ölən və yaralanan varbackend

Fransada atışma oldu - Ölən və yaralanan var

Fransanın Marsel şəhərində atışma nəticəsində bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hökumət nümayəndələri məlumat verib.

Bildirilib ki, atışmanın narkotik maddə alverçiləri arasında baş verdiyi ehtimal olunur.

Məlumata görə, hadisə Marsel şəhərinin Brikard dairəsində baş verib.

Vurğulanıb ki, bu ərazidə narkotacirlər arasında tez-tez qarşıdurma olur. Bu ilin əvvəlində orada baş verən atışma nəticəsində 14 nəfər ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*